Medvedyev Çinə səfər edib

Rusiya Təhlükəsizlik Xidməti rəhbərinin müavini, keçmiş baş nazir Dmitri Medvedyev Çinə səfər edib. O paytaxt Pekində Çin Xalq Respublikasının prezidenti Xi Jinpinglə görüşüb.

"Sherg.az" xəbər verir ki, səfərdə olduğunu sosial media hesabından paylaşan keçmiş  baş nazir Xi ilə Rusiya və Çin arasındakı strateji müttəfliqlik haqqında danışdıqlarını bildirib:
"Xi Jinpinglə Çin və Rusiyanın iki iqtidar partiyası arasındakı əlaqələrin inkişafı barəsində danışdıq.  İqtisadiyyat və sənaye istiqamətində birgə fəaliyyəti müzakirə etdik. Həmçinin Ukraynadakı münaqişə daxil olmaqla, beynəlxalq məsələləri masaya yatırdıq".

Çin mediası qeyd edib ki, Çin prezidenti iki ölkə arasındakı təmasları beynəlxalq arenada siyasi etibar inşa etmək üçün bənzərsiz bir platforma olaraq qiymətləndirib. Prezident Xi Ukraynadakı vəziyyətlə əlaqədar bütün tərəfləri barışa dəvət edib. O münaqişənin diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu ifadə edib.

Mənbə: Hürriyet gazetesi