Vuçiçi Bakıya gətirən əsas səbəb:“Bakıya sırf Türkiyədən rica və...”

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Təkbətək görüş başa çatdıqdan sonra hər iki ölkə rəhbəri mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev qeyd edib:
“Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu onu göstərir ki, əlaqələrimizin dinamikası doğrudan da çox müsbətdir. Biz keçən ay Belqradda qəbul etdiyimiz qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Nəinki arzulayırıq və eyni zamanda, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bilirəm ki, bu ay ərzində bizim müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu gün bu təmaslar davam edir. Bir sözlə, biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun”.

Görüşün “kod”larını "Sherg.az"a açan beynəlxalq məsələlər üzrə ekspert, STM-in MX rəhbəri Əziz Əlibəyli vurğulayıb ki, bu dəqiqə Vuçuçin ölkəsininin taleyi Azərbaycandan asılıdır:

"Serbiya prezidenti Azərbaycan vasitəsilə Cənubi Avropanın enerji təhlükəsizliyini təmin etməyə çalışır. Bir az əvvələ baxsaq, bizim “Yaşıl enerji”, İtaliyaya uzan neft kəmərləri və.s kimi sazişlərimiz baş tutub. Bunlar məsələnin bir tərəfidir. Amma Vuçiçi Bakıya gətirən əsas səbəb şübhəsiz Kosova məsələsidir. 

O Azərbaycandan rica edir ki, rəsmi Bakı Türkiyədən Ərdoğanın Kosovaya bayraqdar satmamasını xahiş etsin. Bütövlükdə bu iki ölkənin münasibətlərinə təsir göstərə bilər. Əslində Vuçiç Kosovanı dövlət olaraq hesab etmir.

 Ümumiyyətlə, Serbiya bu məsələdə rəsmi Bakı və Ankaranın onun tərəfində durmağını ümid edir. Bu səbəblə də Serbiyanın dövlət başçısı Bakıya sırf Türkiyədən rica və Kosova üzərinə xahişə söykənən istəklə gəlib".