"Artıq xalq arasında Ərdoğanın üstünlüyü olduğuna dair xəbərlər var”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan normal tarixi 18 iyun olan parlament və prezident seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlayıb. Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında çıxış edən Ərdoğan deyib: Söz də, qərar da, gələcək də millətindir. 2023-cü ildə də millətimizdən dəstək istəyirik”.
Ərdoğanın birinci turda qalib gələcəyini düşündüyünü deyən Ağ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, ona ən böyük rəqib Yavaş və İmamoğlu hesab edilir:
"Artıq xalq arasında Ərdoğanın üstünlüyü olduğuna dair xəbərlər var. Digər tərəfdən müxalifət qüvvələrin şansı isə vahid namizəddədir. Əgər onlar birinci turda vahid namizədlə çıxa bilsələr, Ərdoğana problemlər yaradaraq ikinci tura ümid bəsləyə bilərlər. İçlərində namizədliyə ən şanslı isə Mənsur Yavaşla, Əkrəm İmamoğludur. Düzdür İmamoğlunun adı daha çox hallanır. Çünki o şouya meyilli adamdır. Hətta özünə qarşı olan cinayət işindən maksimum istifadə etməyə çalışır. Güya əsas rəqib budur. Halbuki o cinayət işi açılsa belə 1il 6 aydan sonra qüvvəyə minəcək. Yəni istənilən halda o prezident seçkilərində iştirak edəcək".
Analitik qeyd edib ki, Yavaş sorğularda İmamoğlunu üstələyir:
"Lakin İmamoğlu medianın gündəmində olduğu üçün adı daha çox səslənir. İyi Partiyanın rəhbəri Meral Akşener açıq şəkildə İmamoğlunu dəstəkləyir. Ancaq CHP cəbhəsində İmamoğluna qarşı təpki var. Kılıçdaroğlu onun vahid namizəd olmasını istəmir"