"Altılı masa"nın vahid namizəd məsələsində qeyri-müəyyənlik yaranacağı gözlənilən idi. Hazırda Akşenərin Kamal Kılıçdaroğlunu dəstəklədiyini iddia edənlər də var, lakin danışıqlar yekunlaşmayıb".
Bunu may ayının 14-də Türkiyədə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində müxalifətin irəli sürəcəyi namizədlə bağlı "Sherg.az"a danışan politoloq Əhəd Məmmədli deyib. Politoloqun fikrincə, "altılı masa" sağlam birlik deyil:
"Həmin birlikdə millətçilər, əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında olan, sonra isə qarşı çıxanlar var. Xalqların Demokratik Partiyası (HDP) "altılı masa"dakı bəzi partiyalarla yaxşı münasibətdədir. Amma elə partiyalar var ki, HDP-ni qəbul etmirlər.
"Altılı masa"da vahid namizəd olmayacaq. Çünki bir-birini qəbul etməyən siyasi qüvvələr var. Eyni damın altında dayanacaqlarını düşünmürəm".
Qeyd edək ki, martın 3-də "Altı Masa"nın son toplantısında Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyinə etiraz edən İYİ Partiya sədri Meral Akşener masanı tərk edib.
Meral Akşener - İYİ partiyası öz namizədlərini Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun adını çəkib. Digər partiyalar da Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyini qəbul etməyib.
Qeyd: İddia edilir ki, artıq İYİ Partiya və CHP Kamal Kılıçdaroğlunun Millət Alyansının ortaq namizədi, Əkrəm İmamoğlu və Mənsur Yavaşın isə vitse-prezidentliyə namizəd olacağı barədə razılığa gəlib. Akşener və Kılıçdaroğlunun gün ərzində görüşü gözlənilir.