“Cənubi Qafqaz ölkələrindən bütün insan hüquq və azadlıqları pozulan, demokratiyadan əsər-əlamət olmayan Ermənistanın ABŞ-nin “Demokratiya sammiti”nə dəvət olunması anlaşılmazdır. Belə ki, 2100-dən çox etirazçının saxlanıldığı, etiraz aksiyalarının qəddarlıqla dağıdıldığı Ermənistanın bu sammitə dəvət alması kifayət qədər ciddi suallar doğurur”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Sevil Mikayılova ABŞ-nin “Demokratiya” sammitindən danışarkən deyib.
Onun sözlərinə görə, demokratiya sammiti əslində adlandırldığı məfhumla ziddiyət təşkil etdi və tədbirə dəvətlilər arasında anti-demokratik ölkələrin yer alması onun niyyətini də ciddi zərbə altına aldı:
"Türkiyə, Azərbaycan, Macarıstan kimi dövlətlərin qərəzli şəkildə dəvət olunmaması əvəzində isə demokratiyadan uzaq, fundamental insan hüquqlarının pozulduğu ölkələrin çağırılması, bu tədbirin əslində anti-demokratik mahiyyətini ortaya qoyur. Ona görə də bu sammitin demokratiyaya necə xidmət etməsi artıq indidən məlumdur.
Xanım Parlamentari qeyd edib ki, Ermənistanın sammitə dəvət edilməsi məsələsi isə əsl fiaskodur. Bu tərəfkeşllik və ayrıseçkilik yanaşmasından başqa bir şey deyil:
"Ermənistan kimi işğalçı, terroru dəstəkləyən, anti-demokratik dövlət demokratiya çətiri altında keçirilən tədbirdə iştirakı tədbir üçün qara ləkədir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bütün siyasi rəqiblərinə qarşı repressiya həyata keçirdi. Ermənistanda aksiyalar zamanı polisin həm etirazçılara, həm də KİV nümayəndələrinə qarşı sərt davranışı sosial şəbəkələrdə, internet platformalarında geniş formada işıqlandırılıb. Ölkənin siyasi partiyalarının və məhkəmə orqanlarının nümayəndələri təqiblərə və həbslərə məruz qalıblar. Bunu bütün dünya ictimaiyyəti, eləcə də ABŞ-nin görü qarşısında baş verib. Ona görə də qərəzli qaydalarla keçirilən sammitə Azərbaycan, Türkiyə kimi dövlətlərin dəvət olunmaması artıq təccübləndirmir".
S.Mikayılova əlavə edib ki, bu il sammitə dəvət olunaların sayı 120-yə çatdırılıb:
"Onların arasında Bosniya və Hersoqovina, Qambiya, Honduras, Kot-D’ivuar, Lixtenşteyn, Mavritaniya, Mozambik və Tanzaniya kimi ölkələr var,Türkiyə, Azərbaycan və Macarıstan isə sammitə dəvət almayıb. Sual olunur ki, demokratik dəyərlər hansı meyarlarla müəyyənləşir və ya "demokratiya barometri" necə işləyir. Beləliklə, demokratiya sammitini demokratik hesab etmək mümkün deyil, bütün bu faktlar “demokratiya sammiti” nin nə qədər qərəzli və ədalətsiz olduğunu isbatlayır".