"Türkiyədə seçkilər demokratik atmosferdə keçdi. Dünyaya nümunə seçki modeli ortaya qoydular.
İqtidar partiyasının 20 ildən artıq cəmiyyətdə dəstəklənməsi türklərin xarici təhlükəyə qarşı həssas olduğunu göstərdi. Həm terroru dəstəkləyən, həm də xaricdə Türkiyədə hakimiyyətin dəyişməsini istəyənlərə qarşı dirəniş xarakteri daşıyırdı.
Prezident kim olursa olsun, parlamentdə çoxluq təşkil edən qüvvəyə sahib deyilsə, onun aldığı qərarlar əhəmiyyətsizdir".
Bunu Türkiyədə keçirilən prezident və parlament seçkiləri ilə bağlı vəziyyəti "Sherg.az" şərh edərkən millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yüksək səs faizi ilə üstünıük qazanması Türkiyə cəmiyyətinin hansısa hakimiyyət dəyişikliyinə maraqlı olmadığını göstərdi:
"İkini tur seçkiləri keçirilsə belə Ərdoğan qalib gələcək. Sinan Oğanın topladığı seçim faizi isə sabit elektoratın səsi deyil. Göstəricilər kiməsə səs verməyən şəxslərin, anti -Suriya mövqeyində olanların, qismən də Milli Hərəkat Partiyadan (MHP), İYİ partidən narazı olan milliyətçilərin səsləridir.
Sinan Oğanın fikirləri dövlətçi mövqeyi ifadə edir. Tərəfdarlar onun çağırışına baxmayaraq, Ərdoğana yönələcəklər. Çünki əks tərəfdə PKK dayanır. Çünki PKK sempatizanı Sinan Oğana dəstək verməz. Narazılıq yaransa belə miliyyətçi xətti tutan elektorat bazadır. Əgər Məhərrəm İncənin bazası olsa idi, onun Kılıçdaroğluna yönəlməsi daha optimal idi. Sinan Oğanın tərəfdarları daha çox iqtidar partiyasına, MHP-yə yönələcəklər. Nəticə etibarilə seçkinin taleyinə əhəmiyyətli təsir göstərəcək".
Qeyd edək ki, Ərdoğan seçkidə öndə olsa da, o, lazım olan baryeri (50%+1 səs) hələ aşmayıb. Onun rəqibi Kemal Kılıçdaroğlu isə səs fərqi və faizi ilə geridədir. Üçüncü namizəd Sinan OğanIın prezidentliyə namizədliyi səsvermənin gedişatını dəyişib.
Zəruri olarsa, seçkinin ikinci turunun mayın 28-də keçirilməsi nəzərdə tutulur. Bu turda ən çox səs alan iki namizəddən biri Türkiyənin 13-cü prezidenti seçiləcək.