Azərbaycan-İsrail münasibətləri: Dostluq, qardaşlıq və tərədaşlıq! + VİDEO

Prezident İlham Əliyevin İsrailli həmkarı  İshak Hersoqla ilə təkbətək görüşü olub.

İki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi aparılıb. 
İsrail Prezidenti bildirib ki, Azərbaycan dünyaya və regiona böyük təsir göstərir. 
İlham Əliyev Azərbaycanla  İsrail arasında fəal siyasi dialoq qurulduğunu vurğulayıb.

İki günlük səfər çərçivəsində İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbirin olması gözlənilir.



Görüşü "Sherg.az"a dəyərləndirən millət vəkili Asim Mollazadə bildirib ki,  İsrail-Azərbaycan münasibətləri çoxşaxəlidir:





"Təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət, elm və digər sahələrdə sıx əməkdaşlığımız mövcuddur. İsrail Vətən müharibəsi dövründə ölkəmizə dəstək verib. Bu köməyi biz unutmayacağıq. Əminəm ki,  tərəfdaşlığımız daha da inkişaf edəcək. Səfər dövlətlərimizin, xalqlarımızın  daha da yaxınlaşmasında rol oynayacaq. Dostluq və qardaşlıq tariximizi möhkəmləndirəcək".