Kreml son 5 ilə hazırlaşır - Plan nədir ? - Ekspert rəyi

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib.

Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Təxribatları "Sherg.az"a dəyərləndirən hərbi ekspert Alparslan İmamqulu bildirib ki, törədilən hadisələrin arxasında Rusiya faktoru dayanır:


"Kreml növbəti 5 illik də öz varlığını Cənubi Qafqazda sürdürə bilmək üçün, hər cür qarşıdurma yaradaraq, terrorçu qüvvələri silahlandırır ,  onlara təlim verməyə davam edir. Bu isə artıq sübuta yetirilmiş faktlardır. Qərb dairələri sülhdən yana olsalar da, Moskva heç bir vəchlə buna yanaşmır. İstənilən halda təhlükəsizliyimizin təminatı üçün Azərbaycan silahlı qüvvələrin daima döyüş hazırlığı olmalıdır"