Bir neçə gün bundan öncə Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan ABŞ-ə səfər edib.
Qeyd edək ki, onun Amerikanın bir sıra rəhbər şəxsləri ilə görüşləri baş tutub.
Qriqoryanın Vaşinqton səfərinin bu qədər uzun çəkməsi və hansı məqsədlə getməsi cəmiyyətdə ciddi suallar doğurub:
Qərbin Ermənistanda Xüsusi marağı olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, rəsmi Vaşinqton İrəvanı Rusiyaya qarşı geopolitik mübarizənin vacib halqası kimi görür:
"Paşinyanın hakimiyyətə gəlməsi məhz ona hesablanmışdı ki, Nikolun vasitəsilə Ermənistan Rusiyadan uzaqlaşacaq və Qərbə yaxınlaşacaq. Hazırda ABŞ-nin ən çox işçisi olan səfirliyi də İrəvanda yerləşir. Əlbəttə ki, bu həm Ermənistanın bölgədə Kremlə qarşı forpost kimi, həm də İranı qarşı bölgə kimi istifadə imkanıdır. Məhz ona görə də təsadüfi deyil ki, həm Mərkəzi Kəşfiyyat idarəsi, həm də Britaniya kəşfiyyatı rəhbərləri Ermənistana vaxtaşırı olaraq səfər edirlər.
Ümumiyyətlə İrəvandan Tehrana qarşı istifadə planı ikitərəflidir. Yəni bir tərəfdən İrana qarşı kəşfiyyat məlumatlarının əldə olunmasında, digər tərəfdən isə dialoq üçün istifadə olunur. Hətta məlumatlar var ki, Ermənistan üzərindən İrana Qərbə yaxınlaşmaq təklif edilir".
Analitik əlavə edib ki, Azərbaycan üçün ən vacib məsələ bu səfərdə Ağ evin rəsmi İrəvandan açıq şəkildə Qarabağdakı qanunsuz silahlıların çıxarılmasını tələb etməsidir:
"Buna isə artıq Paşinyan ümumi olaraq razılaşıb. Hazırda yalnız Areturyan müqavimət göstərir. Lakin belə bir fikir var ki, ABŞ bu məsələdə qətidir və qanunsuz silahlıların çıxması tələbini qoyub.
Bu bizim üçün müsbət xəbərdir. Həqiqətən də Amerika Ermənistan qarşısında belə sərt tələb qoyarsa, o zaman sülhə doğru bir addım da atmış olarıq.
Çünki Qarabağda sülhə ən böyük təhdid qanunsuz silahlı birləşmələrdir. Bu eyni zamanda rus sülhməramlılarının indi və yaz zamanı gəldikdə öz ölkələrinə göndərilməsinə təminat verə bilər".