“İllər sonra Ankara ilə danışıqları bərpa etməyimizə şadam”.
Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La-Republica” qəzetinə müsahibəsində bildirib.
“Biz müharibəyə deyil, regional bərabərliyə və sülhə cəhd etməliyik”, - o qeyd edib.
Xaçaturyanın açıqlamasının reallığı əks etdirdiyini deyən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl
"Sherg.az"a vurğulayıb ki, səmimiyyətə qaldıqda isə şübhə doğuracaq məqamlar ola bilər:
"Qarabağ müharibəsindən sonra Türkiyənin Ermənistanın qarşısına qoyduğu işğal olunmuş ərazilərdən çıxmaq şərti bitib və yeni şərait yaranıb. Rəsmi Ankara dəfələrlə qeyd edib ki, İrəvanla münasibətlərin düzəlməməsinin kökündə yatan məsələ, onların iddialarında imtina edərək sülh müqaviləsini imzalamamasıdır. Yəni Türkiyə tərəfi dəfələrlə bildirib ki, Ermənistanla münasibətlər Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanmasa, normallaşmayacaq. Artıq proseslər diqqət yetirdikdə isə İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan görüşlərdə erməni tərəfinin sülh prosesinə yaxınlaşdığı görünür. Həmçinin Ermənistan hakimiyyətinin sülh olmazsa, təhlükə daha çox olacaq çıxışı əslində erməni cəmiyyətinə bir xəbərdarlıqdır. Yəni Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamaqdan başqa alternativ yolu yoxdur. Ümumiyyətlə diplomatik səfərlərdə verilən belə açıqlamalar, bəlli bir siyasi mesaj xarakteri daşısa da, həqiqətləri də ortaya qoyur".
Xatırladaq ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İtaliyada işgüzar səfərdədir.