İyulun 24-də səhər saatlarında Rusiyanın paytaxtına naməlum pilotsuz uçuş aparatları ilə hücuma olub.
Bu barədə Rusiyanın "Telegram" kanalları məlumat yayıb.
“112” xəbər verir ki, Moskvanın bir çox rayonlarının sakinləri partlayışlar barədə məlumat veriblər.
Şəhərin mərkəzində, Komsomolski prospektində dron qalıqları tapılıb.
“Mash”ın məlumatına görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaxınlığında yerləşən binanın yaxınlığında PUA parçaları aşkar edilib.
Binanın şüşələri sınıb, hadisə yerinə təcili yardım briqadaları gəlib.
Moskvaya olan dron hücumu "Sherg.az"a şərh edən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, Ukrayna hər cəhdlə aqressiyaya qarşı mübarizə aparır:
"Rusiyanın paytaxtına dron hücumu ilk deyil. Mənim fikrimcə, bu, Rusiyanın müdafiəsinin zəif olduğunu göstərir. Ümumiyyətlə müharibə Şimal qonşumuzun bir çox zəifliyini ortaya qoydu. Düzdür Putin belə hesab etmir və özünü elə aparır ki, guya Rusiya müharibədə qələbə qazanıb. Ancaq bu qələbə sayıla bilməz. Çünki savaş Kremlin bir çox boşluqlarını ortaya qoydu. Sual yaranır ki, sən necə böyük dövlətsən və hanı səninhava hücumlarından müdafiə sistemlərin? Yəni baş verənlər Rusiya ordusunun dünyanın ikinci Silahlı Qüvvələri imicinə ciddi ziyan vurur".