İranlı vəkil Türkləri təhqir edib - Qorxurlar ! 


İranın Sumee-Səra şəhərini parlamentdə təmsil edən millət vəkili Seyid Kazım Delxoş Əbatəri azərbaycanlıları təhqir edib.

O, insanlarla görüşü zamanı  telefonla danışarkən həyasızcasına türkləri aşağılayan ifadə işlədib: "Bunlar türklərdir, heç nə anlamırlar".

Zaman-zaman İran hakimiyyətində oturan şəxslər  tərəfindən Azərbaycana qarşı  nifrət dolu aşağılayıcı ifadələr səsləndirilib. Bu günlərdə isə İranın millət vəkilinin belə sərt tənqidi bir daha göstərir ki, onlar hələ də Azərbaycanlılara qarşı kin-küdurət bəsləyirlər.



Millət vəkili Seyid Kazım Delxoşun fikirlərinə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan türklərinə qarşı nifrət hissi birinci dəfə deyil, əvvəllər də bu cür hallar baş verib:

"Bunun bir neçə səbəbi var. Birincisi ondan ibarətdir ki, İranda Azərbaycan türkləri farslardan üstün saydadır. Bu şovinizm siyasətinin tərkib hissəsidir. Onların qorxurlar ki, gec- tez  hakimiyyət Türklərin əlinə keçəcək. Çünki, Qacarlar sülaləsi  hakimiyyətdən gedənə qədər ixtiyar  Azərbaycan türklərinin əlində  olub . Yalnız Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra  farsların hakimiyyəti başlayıb. Onların içərilərində  bu cür fikirlər səsləndirənlər çoxdur. Amma bu imkan vermir  ki, onlar bizi, soydaşlarımızı   təhqir etsinlər". 

Ekspert onu da vurğulayıb ki, ümumiyyətlə İranda dövlət idarəetməsində  təmsil olunanların əksəriyəti soy, kök etibarilə Azərbaycan türkləridir:

 "Əgər bizi təhqir edirlərsə, onlarda təhqir olunur. Onlar bu təhqirlərə  cavab vermirsə, deməli,  hansısa  imtiyaz xatirinə  susurlar. Bizim üçün onların hansı sözü deməsi önəmli deyil. Çünki Türklər dünyanın əsas söz sahiblərindən birinə çevrilib. Onların  bu gün təhqir etdikləri millətin övladları  İran  ordusunun, hətta SEPAH-ın belə əsasını təşkil edir. Belə hallar çox olub. Amma daha sonra üzr  istəyiblər. Hesab edirəm ki, bu hərəkətlərinə görə yenə onlardan kimsə çıxıb üzr istəyəcək. Bu  təxribat gərginlik yaratmağa hesablanıb. Belə şovinist ruhlu insanların etdiyi hərəkətlər  İran hakimiyyətinin kimlərin əlində olmasını dəyişməyəcək. Bu gün də hakimiyyətdə ixtiyar Azərbaycan türklərinin əlində olan şəxslər var. Onlar da hakimiyyəti möhkəm saxlayıblar. Özləri üçün istifadə edirlər".