“Fransa Prezidenti Emmanuel Makron Qarabağ barədə verdiyi açıqlamalar səmimi deyil”.
Bu sözləri “Sherg.az”a politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, Makron guya, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, beynəlxalq hüquqa hörmət etdiyini göstərməyə çalışır. Lakin Fransa Azərbaycanın ərazi bütövlüyünə qarşı kəskin mövqedə dayanıb:
“Seperatçılara tərəf çıxır. Fransa ATƏT-in Minsk qrupunun üzvü olduğu 30 il müddətində də heç vaxt Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün real addımlar atmayıb. Makron özünü beynəlxalq hüququn tərəfdarı kimi göstərməyə çalışır. Fransa təxribatçı mövqeyinə görə Azərbaycan tərəfindən təyziqlərlə üzləşir. Ümumiyyətlə, Fransanın Azərbaycan-Ermənistan münasibətləri daxil olmaqla dünyadakı proseslərlə bağlı fikir söyləmək lyuksu yoxdur”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron “Le Point” nəşrinə müsahibə verib. "Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması, xalqların və mədəniyyətlərin qorunması üçün hər şeyi edirik. Bu sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquqa uyğun olmalıdır"-, deyə o bildirib.