İran “bir fincan çayda fırtına” qoparmaq istəyir: Əzələ nümayişi?


"Bu guya  İranın gücünün hədsiz olduğunun göstəricisidir"

İranın Azərbaycandakı səfiri sərhəddə gərginliyin yaranması fonunda paylaşım edib. Bu barədə səfir Seyid Abbas Musəvi özünün “X” (keçmiş tvitter) hesabında yazıb. O, “bir fincan çayda fırtına” başlığı ilə foto paylaşıb.

Paylaşımı "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, bu qüvvələrin müqaisəsidir:


"Yəni İranın gücünün hədsiz olduğunun göstəricisidir. Xatırlayırsınızsa İran tərəfinin ordusunun hazırlıq gördüyü ilə bağlı məlumatlar yayılmışdı. Rəsmi Tehran isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı ilə bağlı açıqlama verərək sözügedən məlumatı təkzib etdi. İndi isə onlar düşünürlər ki, bu Azərbaycanda İranın geri addım atması və iradəsinin zəifləməsi kimi yozula bilir. Ona görə də belə bir düşüncə sərgiləndi. Bu isə bizim rast gəldiyimiz geniş praktikadır".