"Moskva İrəvana öz müttəfiqi kimi yanaşmağa davam edir".
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Ermənistan bizim müttəfiqimizdir. Biz Ermənistana məhz belə yanaşırıq”, - deyə o, Şərq İqtisadi Forumunun kuluarlarında TASS-ın inteqrasiya strukturları vasitəsilə Ermənistanla münasibətlərin pisləşib-pisləşmədiyi ilə bağlı sualını cavablandırarkən deyib.
Beynəlxalq münasibətlər sistemi və siyasətin fərqli anlayışlar olduğunu deyən politoloq Samir Hümbətov "Sherg.az"a vurğulayıb ki, dövlətlər arasında əbədi dostluq və ya düşmənlik anlayışı yoxdur:
"Görünür ki, bu gün Ermənistanla münasibətlərin davam etdirilməsi Rusiyanın marağına xidmət edir. Yəni Kreml başa düşür ki, Ermənistanı özündən uzaqlaşdırsa, geri dönüş çətin olacaq. Bu isə Moskvanın Cənubi Qafqaz siyasətinə zərbə deməkdir. Ümumiyyətlə bir tərəfdən onları ittiham edir, digər tərəfdən isə belə fikirlər səsləndirməklə mesaj verir ki, bizə lazımsız. Əslində bu müttəfiq söhbəti deyil. Rusiya Ermənistanı vassalı kimi əlində saxlamağa çalışır".