ABŞ Ermənistanın işğalçılıq siyasətini araşdırsın! - ŞƏRH

“ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkelin Bakıdakı "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda  beynəlxalq konfransda söylədiyi fikirlər ümumi təəssüf hisslərindən kənara çıxmır”. 

Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

O bildirib ki, 25 ildir Azərbaycana səfər etdiyini vurğulayan D. Merkelin öz səlahiyyətləri çərçivəsində Ermənistanın işğalçılıq siyasəti barədə hansı işlər gördüyü araşdırılmalıdır: