Rusiyaya tərif, Qərbə tənqid: Ərdoğanın Putin açıqlaması...

Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatıldığı Amerikanın PBS kanalının qonağı olaraq gündəmlə bağlı sualları cavablandırıb.
 
Ərdoğana "Putinin taxıl vədinə əməl edəcəyinə inanırsınızmı?" sualı verilib. Ərdoğan, "Putinə güvənməməyim üçün heç bir səbəb yoxdur. Rusiya ən az Qərb qədər etibarlıdır. Bizi 50 ildir qapısında gözlətdirən AB-dir. Hazırda mən Rusiyaya özüm qədər güvənirəm”.

Rusiya prezidenti Vladimir Putinin niyə Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmadığı sualına isə Ərdoğan, “Biz (Putin) onlardan soruşduq, 1 milyon ton daha göndərəcəklərini dedilər” deyib. -deyə cavabı verib. 

Həmçinin Ərdoğan, Putinin taxıl ixracına dərhal başlayacağını və hadisələri izlədiklərini söyləyib.
Putinin Ukrayna müharibəsində taxıl sazişindən üstünlük kimi istifadə etməsi və onun rəhbərliyinə etibar edilməməsi ilə bağlı suala Türkiyə Prezidenti deyib: 

"Razı deyiləm. Təbii qazımın yarısı Rusiyadan gəlir, bu da həmrəylik içindəyik. Biz ortaq alırıq. müdafiə sənayesi sahəsində də addımlar atmaq və əməkdaşlıq etmək: 

Açıqlamanı "Sherg.az"a dəyərləndirən türk siyasətçi və yazar Aydın Sezer deyib ki, Türkiyə və Rusiya arasında çoxşaxəli iqtisadi əlaqələr mövcuddur: 
“Bu münasibətləri qarşılıqlı asılılıq çərçivəsində qiymətləndirmək lazımdır. Təbii qaz və neft idxalımızla yanaşı, Rusiya Türkiyədə atom elektrik stansiyası tikir. Həmçinin Rusiya-Ukrayna müharibəsində bitərəf qalan Türkiyə ilə Rusiya arasında münasibətlər inkişafı davam edir. Digər tərəfdən bildiyiniz kimi, Ərdoğanla Putin arasında yaxın dostluq əlaqəsi də var.  Hətta “Taxıl müqaviləsi” ləğv edildikdən sonra Rusiya 6 yoxsul Afrika ölkəsinə təmannasız bir milyon ton taxıl verəcək. Ərdoğan isə Rusiya taxılını Türkiyədə una çevirdikdən sonra Afrikaya göndərməyi təklif edib. Bu layihə üçün Qətərdən 1 milyard dollar yardım alınacaq. Ərdoğanın danışdığı taxıl məsələsi məhz budur. Ona görə də Ərdoğan Putinə etimadını göstərmək üçün Qərb qədər Rusiyaya da güvəndiyini deyir. Burada həm Rusiyaya tərif, həm də Qərbin tənqidi var”.