Livan türkmənləri Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyirlər.
Bu barədə Livan türkmən icmasının fəalı, Kavaşra liseyinin direktoru İsmail Xaled Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı danışarkən deyib. O, sosial şəbəkələrdə paylaşdığı statusda yazıb:
"Qardaş Azərbaycanda prezident seçkiləri keçirildi. Livanda həmişə Türkmənlərə dəstək olan diplomat Şahin Pənahovun ölkəsinin lideri, cənab İlham Əliyevi biz də dəstəkləyirik və ona hə deyirik".
Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk isə "Sherg.az"a Livan türkmənlərinin Azərbaycanın hər zaman haqq savaşına dəstək verdiklərini deyib:
“Livan türkmənləri Azərbaycanı dəstəkləyirlər. Belə şəxslərdən biri də Kavaşra liseyinin direktoru İsmail Xaleddır. Onu da qeyd edim ki, Kavaşra qəsəbəsində İkinci Qarabağ müharibəsinin şəhidlərinin xatirəsinə ucaldılan abidə bu diqqətin göstəricisidir. Onlar Türk dünyasının inteqrasiyası prosesi ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edirlər. İsmail Xaledin fəaliyyəti Azərbaycan dövləti tərəfindən də diqqətdən kənar qalmayıb. Keçən il Azərbaycan dilinin və mədəniyyətinin Livanda təbliğinə verdiyi töhfəyə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif edilib".