Paşinyanın Fransaya səfəri zamanı davranışı və açıqlamaları Münxendə əldə olunmuş pozitiv siqnallar və irəliləyişə zərbədir. Həmişəki kimi bu dəfə də Paşinyan, sülh prossesində irəliləyişi məhz Fransa Prezidenti Emmanuel Makronun təhriki ilə pozdu. Makron Münxendəki irəliləyişdən çox narahat olub, bir müddət müttəfiqlik etdiyi Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun indi sülh prossesi istiqamətində təşəbbüs göstərməsini qısqanclıqla qarşılayıb. Bəs, Şoltsun sülh təşəbbüsü həqiqəti əks etdirir? Ermənistan Fransadan dəstək almaqla sülhə əngəl törətmir?
Məsələ ilə bağlı "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Paşinyanın Fransaya səfəri bir neçə nüanslarla yadda qaldı:
"Fransadan silah-sursatın alınması, Münxendən sonra Paşinyanın Makronla görüşü, Ermənistanı Rusiyadan qopartmaqla qərbə doğru yönəltmək cəhdləri, xüsusilə Fransayla əmakdaşdaşlığı dərinləşdirmək kimi göründü. Fransa nə Rusiyanı əvəz edə biləcək güclükdə ola, nə də Amerika ilə qarşı-qarşıya gələ bilər. Doğrudur, Fransa Avropa ittifaqında aparıci siyasi fiqura malikdir. Ancaq bu o demək deyil ki, hər şey onun əlindədir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasında 5 daimi üzvdən biridir. Lakin böyük nüfuz sahibi olaraq Fransanın bütün siyasi prosseslərə təsiretmə mexanizminə malik deyil. Bu baxımdan Paşinyanın davranışları Avropa İttifaqı daxilində, Almaniya-Fransa münasibətlərində də müəyyən anlaşılmazlığa səbəb ola bilər. Çünki belə olduğu təqdirdə Almaniyada belə bir sual formalaşa bilər ki, "Ermənistanla görüşə təşəbbüs göstərdik, niyə bu prossesi pozdun?". Eyni zamanda Makron itirdiyi Afrikanı Cənubi Qafqazla əvəz etmək istəyir. Daha doğrusu, Cənubi Qafqaz üzərindən Orta Asiyaya giriş əldə etmək niyyətindədir. Çünki zəngin uran yataqları həm də Qazaxıstanda var. Ona görə də xam xəyallara düşüb, ancaq bunun fayda verəcəyi o qədər də inandırıcı görsənmir".