Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşü “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov deyib ki, Azərbaycan və NATO arasındakı münasibətlər dərin köklərə malikdir:
“Eyni zamanda bu əlaqələr səmərəli və faydalıdır. Bundan əvvəl Azərbaycan NATO-nun bir çox önəmli missiyalarında iştirak edib. Azərbaycanın NATO qoşunları sırasında Əfqanıstanda sülhməramlı və Sudandakı Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyasında iştirakı ölkəmizlə müxtəlif beynəlxalq təşkilatlar arasındakı hərbi əlaqələrin gücünü göstərir. Dəfərlərlə NATO baş katiblərinin Azərbaycana səfərləri baş tutub. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina tez-tez Azərbaycana gəlir. Səfər zamanı NATO-nun Azərbaycanla münasibətlərindən bəhz olunur. Azərbaycan balanslı siyasət kursunda hərbi məsələlərə ciddi önəm göstərir. Bu gün Azərbaycan hərbi modelini NATO-nun ən önəmli ölkələrindən olan Türkiyə standartlarına keçirir. Cənab Prezdent İlham Əiyevin Yens Stoltenberqlə görüşündə bu məsələyə diqqət ayrıldı. Görüşün məqsədi NATO-nun Cənubi Qafqazla bağlı maraqlarını özündə ehtiva edir. Eyni zamanda NATO daxilində Azərbaycanın Türkiyə ilə münasibətləri müzakirə edilib. Hesab edirəm ki, NATO-nun baş katibi Azərbaycanla Ermənistan arasında sülh prosesilə də maraqlanıb”.