Biz sülh haqqında çox danışmalıyıq, lakin unutmamalıyıq ki, bu, təkcə bizim qərarımızdan asılı deyil. Biz elə bir vəziyyət yaratmaq istəyirik ki, müharibə mümkünsüz olsun.
bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan dünən Gümrüdə Mülki Müqavilə Partiyasının təşəbbüs qrupu ilə görüşündə deyib.
“Bunun başlayıb-başlamayacağını deyə bilmərik. Bizim siyasi məqsədimiz belədir: bu ölkə ətrafında elə bir vəziyyət yaratmalıyıq ki, müharibə sadəcə qeyri-mümkün olsun. Bu, çox çətin məsələdir”, - o bildirib.
Mövzu ilə bağlı AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a şərh edib ki, Paşinyan Azərbaycanla uzunmüddətli sülhə nail olmaq və Türkiyə ilə münasibətlərin qurulmasını istəyir:
“Yəni o sərhədlərin açılmasına və Ermənistanın təhlükəsizlik təminatını almasına çalışır. Ona görə də bu yöndə müəyyən addımlar atır. Amma Paşinyan buna Ermənistan ərazisinin 29 min km-nin qorunması şərtilə nail olmağı arzu edir. Çünki zəif tərəf olduqlarını bilir və “minimum” güzəştlərlə bizimlə sülh istəyir. Amma Erməmistanla uzunmüddətli sülhün bizim maraqlarmıza cavab verib-vermədiyni düşünməliyik. Çünki Ermənistanın gücləndikdən sonra uzunmüddətli sülh sazişinə əməl edəcəyi sual altındadır. Tarixən ermənilərə bel bağlamamaq lazım olduğunu öyrənmişik. Buna görə də biz bütün məqsədlərimizə nail olmalıyıq və Ermənistana güzəştə getməməliyik”.