Erməni agenturasının planı: Azərbaycanla Rusiya üz-üzə qoyulur? -ŞOK DETALLAR

Ermənistanda “Azərbaycan casusları” ilə bağlı iddialar yenidən aktivləşib.
 Aprelin 2-də Ermənistan təhlükəsizlik orqanlarının Basarkeçərdə Sotk (Söyüdlü) qızıl mədənində işləyən iki rusiyalı əməkdaşı həbs etdiyinə dair məlumat yayılıb.
Rusiyalı işçilər Söyüdlü qızıl mədəninin hazırda Ermənistanın nəzarət etdiyi hissəsində işləyir.
“Hraparak” nəşri yazır ki, saxlanılan rusiyalılar qızıl mədəninin mühafizə postunun əməkdaşlarıdır.
“Mədənin işçiləri bizə bildirir ki, iki rusiyalı işçi Azərbaycana casusluq etməkdə şübhəli bilinir. Onlar yataqla bağlı Azərbaycana məlumatlar ötürüb”, - nəşr iddia edir.

Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza bildirib ki, bu erməni agenturasının köhnə üsuludur: 

“Ümumiyyətlə, ermənilər bütün mövcud olan hadiləsələrdən öz xeyirlərinə istifadə edirlər. Biz də bunun tarix boyu şahidi olmuşuq. Eyni zamanda burada da Azərbaycanla Rusiyanı üz-üzə qoymaq üçün belə taktikalara əl atırlar. Xankəndidən Ermənistana qayıdan Sarkis Qalstyan da “Azərbaycana casusluq” ittihamı ilə həbs olunub. Bu “casus ovu"nu Ermənistan hakimiyyətinin qurduğu bəllidir. Paşinyan bu cür oyunlarla Azərbaycanı “müdaxilə edən tərəf” kimi göstərməyə çalışır”.