Dünən Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Ermənistan rəsmiləri arasında Brüsseldə görüş baş tutub. Belə ki görüş, Nikol Paşinyan, Ursula Von der Leyen və Antoni Blinken arasında görüş keçirilib.
Brüssel görüşünün birtərəfli qaydada keçirilməsi müxtəlif şübhələr doğurur. Qərb dairələri son vaxtlar Azərbaycan üçün problemlər yaradırlar. Avropa Şurası Parlament Assambleyasının son qərarları, eyni zamanda Avropanın ayrı-ayrı ölkə rəhbərliklərinin ölkəmiz əleyhinə bəyanatları, ümumilikdə bizə qarşı təzyiq siyasəti deməyə əsas verir ki, görüş Azərbaycan üçün təhlükə yarada bilər. Görüşün qapalı keçirildiyini nəzərə alsaq üçtərəfli hərbi paktın, Ermənistana hərbi dəstəyin və güzəştlərin müzakirə edilib-edilmədiyi kimi məsələlərin sual doğurduğunu görərik. Çünki bu görüşdə inklüzivlik təmin edilməyib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, beynəlxalq görüşlərin hər zaman görünən və görünməyən tərəfləri olur:
“Dünən Brüsseldə guya Ermənistana iqtisadi yardım göstərmək adı altında Aİ, ABŞ və Ermənistan arasında görüş təşkil edildi. Eyni zamanda bizim səsləndirdiyimiz fikirlərdən sonra ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycan Respubilikasının Prezidenti İlham Əliyevə telefon zəngi oldu. Hər iki şəxs keçirələcək görüşün Azərbaycan əleyhinə olmadığını və Ermənistanın iqtisadi durumu ilə əlaqəli olduğunu açıqlamaq məcburiyyətində qaldılar. Görüşün ictimaiyyətə açıqlanmayan tərəfinin arxasında Ermənistanın Rusiya ilə olan əlaqələrini zəiflədilməsi və Qarabağdakı rus sülhməramlılarının missiya vaxtının başa çatmasının tələb edilməsi dayanır. Digər tərəfdən Ermənistan ordusuna təchizat, təhsil və logistika kimi dəstəklərin verilməsi də görüş zamanı mütləq şəkildə müzakirə edilib. Heç kim boş-boşuna bu qədər yardım göstərməz. Ona görə də bu dəstəklərin qarşılığında Ermənistandan Bakı və İrəvan arasında sülh prosesinin baş tutmamasını istəyiblər. Eyni zamanda Ermənistana Rusiya, Azərbaycan, İran və Türkiyəni qıcıqlandırmaq əmri verilib”.
Y. Karauz vurğulayəb ki, Ermənistanın son yüz il ərzində Qərb və digər güclərin verdiyi vəzifəni yerinə yetirməkdən başqa missiyası olmayıb:
“Mövcud vəziyyət daxilində Cəbubi Qafqazda atəş ocağı yaranıb. Fransa, Amerika və Qərb hər gün bu alova benzin tökür. Onlar, bununla Üçüncü Dünya savaşının başlamasına gedən yolda özlərinə problem olan dövlətləri çətin durumda qoymağa çalışırlar”.