Amerika Birləşmiş Ştatları və Avropa Birliyi Ermənistanı Ukrayna yolu ilə aparacaq. Bu, N.Paşinyan, E.Blinken, Leyenin Brüssel sammitinin əsas nəticəsidir.
Bu sözləri rusiyalı tanınmış politoloq və hərbi ekspert İqor Korotçenko qeyd edib.
“Bu o deməkdir ki, qarşıda müharibə var. Ukrayna Krım, Donbas, Xerson və Zaporojye vilayətlərini itirdi.
Ermənistan Zəngəzuru itirəcək. Başqa nə?” – o bildirib.
Rusiyalı politoloqun fikirlərinə münasibər bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a söyləyib ki, ABŞ, AB və Ermənistan tərəfi Brüssel görüşündə mövqeləri sərt qaydada bildirilməsələr də, açıqlanan ümumi fikirlər onların radikal qaydaları həyata keçirmədiyini göstərir:
“Böyük ehtimalla Ermənistana verilən təlimatların hərbi tərəfləri də mövcuddur. Yəqin ki, Ermənistanı güclü hərbi müqavilə ilə dəstəkləyəcəklər. Azərbaycan və Rusiyanı qıcıqlandırmamaq üçün verilən açıqlamalara nə dərəcə inanmağın özü də sual doğurur. Ümumiyyətlə Ermənistanın izlədiyi xətt qarşılıqlı marağa dayanır. Rəsmi İrəvanın Avropadan aldığı dəstəyin tərkib elementlərinə nələrin daxil olduğunu qarşıdakı zaman çərçivəsində şahidi olacağıq. Görüşdən bir gün sonra sərhəddə atəşkəsin pozulması da buna bir nümunədir”.