Ermənistanın Qərb dövlətlərinin siyasi təsir dairəsinə daxil olunması və Paşinyanın bu sahədə canfəşanlığına qarşı Türkiyə ilə Rusiya tərəfindən müvafiq reaksiyalar verildi. Amma xarici qüvvələrin bölgəyə gəlişini özünün xarici siyasətində "qırmızı xətt" hesab edən İran Qərbin riyakar addımlarına qarşı susdu. Bu susqunluğun arxasında nələrin dayandığı böyük şübhələr doğurur. Eyni zamanda İran Ermənistanın sərhədlərinə Avropa İttifaqının mülki müşahidəçi missiyasını gətirməsindən, Amerika ilə İranın birgə hərbi təlimlər kecirməsini özünə təhlükə hesab etmir. Azərbaycanın İsraildən silah almasına dözümsüz yanaşan İran indi niyə regionda Qərbin istəyi ilə status kvonun dəyişməsinə razı olur?
Mövzu ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Solton söyləyib ki, İran hakimiyyəti ənənəvi olaraq Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının aksiyalarına heç vaxt qarşı çıxmayıb:
“İran özünü antiamerika tərafdarı kimi göstərsə də, həmişə Amerika ilə əməkdaşlıq etməyə can atıb. “Amerikaya ölüm” şüarı isə İran hakimiyyətinin boğazındakı “kal armuddur”. Tehran hakimiyyətində həmişə ABŞ ilə münasibətlərin qurulmasına səy göstərənlər olub. Qərbin və Avropa İttifaqının Azərbaycan, Ermənistan şərti sərhəddində mülki müşahidə missiyasını yerləşdirilməsi sanki Tehran hakimiyyətinin ən böyük arzularından biridir. Çünki İkinci Qarabağ müharibəsindən sonra İran hakimiyyəti davamlı olaraq özünü Ermənistan sərhədlərinin “mühafiz mələy”i kimi göstərməyə çalışıb. Halbuki Türkiyə, Azərbaycan, Gürcüstan və qonşu ölkələrə qarşı ərazi iddiasi Ermənistan tərəfindən qaynaqlanır”.
Ekspert bildirib ki, ötən illər ərzində İran hakimiyyəti Ermənistanı təcavüzkar niyyətlərinə və addımlarına görə heç zaman qınamayıb:
"Ermənistanın konstitusiyasında da qonşu ölkələrə qarşı ərazi iddiası mövcuddur. "Qarabağın Ermənistana birləşməsi" məsələsi hələ də Ermənistanın konstitusiyasında yer alır. İran isə Ermənistanın bu cür siyasətini və addımlarını tənqid etmir. Ona görə də Tehran hakimiyyəti regionda Qərbin Ermənistanla bağlı istənilən addımlarını görməzdən gəlir, bəzən isə dəstəkləyir. İran hakimiyyətinin Azərbaycana qarşı tutduğu yol Tehran rejiminin siyasi və ideoloji mövqeyindən irəli gəlir. İranda hakim ideologiya İslam dini sayılsa da, əslində parfarsizm düşüncəli ölkədir. Eyni zamanda İran hakimiyyəti Azərbaycan və Türkiyəyə parfarsizm ideologiyasından yanaşır. Digər tərəfdən İranda 30 milyondan çox Cənubi azərbaycan türkü var. Onlar, milli haqlarının təmin olunması istiqamətində daim mübarizə aparırlar. Bu mübarizə üçün onlara Azərbaycan Respubilikasının ərazi bütövlüyünün təmin olunması, suveren hüquqlarının qorunması kimi məsələlər nümunə olur. Panfarsist Tehran hakimiyyəti üçün İsrail, ABŞ və dünyanın bütün ölkələrindən daha təhlükəli Azərbaycan sayılır. Ona görə də İran Azərbaycanı zəiflətmək istiqamətində bütün pislikləri həyata keçirir”