Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Baykal-Amur magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə bildirib.
Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən dövlətimizin başçısı Anqoya qəsəbəsindəki vağzala Ulu Öndərin adının verilməsini xatırladıb.
“BAM inşaatçıları yaxşı bilirlər ki, o, praktiki olaraq piyada, qatarla, vertolyotla, çətin şəraitdə Bratskdan Vladivostoka, Naxodkaya qədər uzun məsafə qət edib, on gün ərzində sevinc və kədərini BAM inşaatçıları ilə bölüşüb”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, Azərbaycan və Rusiya münasibətləri tamamilə, yeni dönəmə başlayır:
“Çünki Cənubi Qafqazda Rusiyanın icmasına və mədəniyyətinə münasibətdə Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycan ən yüksək səviyyədə dəyərləndirir. 44 günlük müharibə, lokal xarakterli antiterror tədbirləri, rus sülhməramlılarının Qarabağdan çıxması və Qazaxın 4 kəndinin azad edilməsi biləvasitə Rusiyanın iştirakı olmadan mümkün deyildi. Rusiya özünə görə loyal olan və Ermənistan kimi heç zaman arxadan vurmayan Azərbaycan üçün fərqli münasibət sərgiləyir. Bütün bunların hamısı Azərbaycan və Rusiya arasında, tarixi şəxsiyyət olan Heydər Əliyer simasında qələmə verilir. Həm Rusiyanın Prezidenti Vladimir Putin, həm də xarici işlər naziri Sergey Lavrov dəfələrlə Heydər Əliyev şəxsiyyətinin iki ölkə əlaqələrinə nə qədər müsbət təsir göstərdiyini vurğulayıB. Azərbaycan Şimal qonşusu ilə əlaqələrə davam edəcək. Rusiyada diasporamızın, icma rəhbərlərimizin fəaliyyəti ikili münasibətlərə müsbət təsir göstərəcək. Nəticə etibarilə uzun illər Azərbayacan qarşı olan haqsızlıqlar sona satacaq. Eyni zamanda, Azərbaycan haqlı mövqeyini Rusiyanın hər bir yerində deməyə imkan tapacaq”.