Müsavat Partiyasının növbəti XI Qurultayında seçiləcək Məclis üzvü seçkilərində Məlikova Lətafət İslam qızı namizədliyini irəli sürüb.
Bununla bağlı Məlikova Lətafət Müsavat Partiyasının XI Qurultayına Hazırlqı üzrə Təşkilat Komitəsinin Sədri Arif Hacılıya ərizəsini təqdib edib.
“Sherg.az” namizədliyini irəli sürən xanımla əlaqə saxlayıb.
O bildirib ki, Müsavat Partiyası onun siyasi və ictimai fəalliyyətimə qiymət verəcək:
“Bundan sonra isə Məclisə üzv seçilməyimi təsdiqləyəcəklər. Mən ölkədə olan problemleri Müsavat Partiyası ilə dilə gətirmək üçün namizədliyimi irəli sürmüşəm”.