Analitik: Fransa uzun illərdir Afrikada özünün müstəmləkə siyasətini həyata keçirir

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində keçirilən “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransda 20 ölkədən ekspertlər, siyasi fəallar, diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının, eləcə də siyasi partiyaların üzvləri iştirak etdilər. Bu, bizim sayca 9-cu beynəlxalq konfransımızdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu bu il ərzində müstəmləkəçiliyə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransları bundan sonra da davam etdirəcək.

Konfransın ilk panelində assimilyasiyanın mənfi nəticələri və yerli əhalinin mədəniyyətinə, dininə, dilinə neqativ təsirləri barədə fikir mübadilələrinin aparıldığını vurğulayan Bakı Təşəbbüs Qrupunun rəhbəri tədbirdə səmərəli müzakirələrin həyata keçirildiyini qeyd edib.

Tədbir iştirakçılarının beynəlxalq təşkilatlara müraciətlər ünvanladıqlarını xatırladan A.Abbasov növbəti konfransların daha da səmərəli olmasına çalışacaqlarını deyib.

Eyni zamanda  Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında da Fransanın kolonial siyasətinə toxunub. 


Mövzu ilə bağlı “Sherg.az”a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov  bildirib ki, Fransanın müstəmləkə siyasətini davam etdirməsinin arxasında bir neçə amil dayanır: 

“Burada siyasi, iqtisadi və tarixi amillər də mövcuddur. Fransa uzun illərdir Afrikada və dünyanın bir sıra ölkələrində özünün müstəmləkə siyasətini həyata keçirir. Fransanın Afrika, hətta Asiya Sakit Okean bölgəsində olan regionlarda belə müstəmləkə siyasətini aparmasının arxasında iqtisadi amillər durur. Rəsmi Parisin daxilində təbii sərvətlər azdır. Fransanın bir regiona yerləşməsi digər regionlarda geostrateji maraqlarını zərbə altında qoya bilər. Ona görə Fransa Afrika və digər ərazilərdə əldə etdiyi iqtisadi imkanları, təbii sərvətlərin öz ölkəsinə daşınmasını həyata keçirir. Fransanın Afrikada yürütdütü kolanial siyasət nəticəsində hər il 500 000 000 dollara qədər bac toplayır. Həmçinin Fransa Birləşmiş Millətlər Təşkilatının (BMT) beş daimi üzvündən biridir. Ona görə də Fransaya qarşı hansısa qətnamənin çıxarılma cəhdləri prosesi ləngidir. Fransanın kolanial siyasətinə qarşı beynəlxaql müstəvidə mübarizə aparmaq lazımdır. Proseslər həmin müstəvidə gedərsə, uğurlu nəticələr verər. Bakı Təşəbbüs Qrupunun bu sahədə fəaliyyəti önəmli roy oynayır. Azərbaycanın atdığı addımlar region və regiondan kənar dövlətlər üçün xüsusi əhəmiyyət daşıyır. Fransanın müstəmləkəçilik siyasətinin qarşısının alınmasında Azərbaycan lazım olan tədbirləri indiyə qədər həyata keçirib. Bundan sonra da həmin proseslər davam edəcək. Eyni zamanda, Azərbaycanın bu addımlarına Fransanın kolanial siyasətindən əziyyət çəkən dövlətlər bizimlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı görünürlər”.