"Ovannisyanın açıqlaması erməni siyasətçilərinin ənənəvi fikirlərindən fərqlənmir"
Mövcud vəziyyət, inkişaflar və səhvlər potensialı baxımından 2020-ci ildəki müharibədən əvvəlki vəziyyətə bənzəyir.
Bu sözləri “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan İrəvanda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, o zaman da insanlar xəbərdarlıq ediblər ki, fəlakət yaxınlaşır:
“Lakin onun qarşısını almaq mümkün olmadı. Bu dəfə eyni inkişafın qarşısını almaq üçün hər şeyi etməliyik”.
Ekspert qeyd edib ki, Ermənistan sürətlə müttəfiqlərini və təhlükəsizlik sistemini itirir, düşmən Bakı isə eyni intensivliklə, xüsusən də Rusiya, Qərb, Çinlə əlaqələr qurur və İranla münasibətlərin ciddi inkişafı planlaşdırılır:
“Məsələ qərbpərəst və ya rusiyapərəst siyasət yürütmək deyil, rasional siyasət yürütməkdir. Səhvlərimizə görə biz nəzarətdə olan Ermənistan-Azərbaycan münaqişəsini Ermənistan-Türkiyə münaqişəsinə çevirə bilərik”.
Ovannisyanın açıqlamasının erməni rəsmilərinin ənənəvi üsulu olduğunu bildirən politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, ermənilər həmişə Cənubi Qafqazda vəziyyətin qəlizləşdiyini və müharibə ehtimallarının olması ilə bağlı uydurmalar irəli sürürlər:
“Bu Birinci Qarabağ müharibəsindən indiyə qədər belə davam edir. Nikol Paşinyan hökümətinin dövründə isə həmin hal geniş vüsət alıb. Onlar özlərinin siyasi və iqtisati sferada baş verən uğursuzluqlarını bu yolla konpesyasiya etməyə çalışırlar. Əllərində olan bütün fürsətlərdən yararlanaraq regionda gərginliyin yaranmasına cəhd göstərirlər. Eyni zamanda, xarici havadarlarından bu yolla daha çox pul dilənmək məqsədi güdürlər. Azərbaycan isə bölgədə sülhün və əmin-amanlığın bərpası istiqamətində səylərini davam etdirir. Azərbaycan xarici dövlətlərlə qurduğu müttəfiqlik əlaqələri heç biri üçüncü ölkəyə qarşı yönəlməyib. Azərbaycanın çox düzgün siyasəti var və həmin geosiyasi xətt üzrə inkişaf edir. Ona görə də Ovannisyanın açıqlaması erməni siyasətçilərinin ənənəvi fikirlərindən fərqlənmir və biz buna öyrəşmişik. Azərbaycan xarici siyasətdə uğur əldə edən zaman belə assosiasiya yaradaraq xarici havadarlarından pul qoparmağa çalışırlar”.