Trampın xüsusilə Pensilvaniyada seçki mitinqi zamanı sui-qəsd cəhdinə məruz qalması və qulağından yaralanması ilə reytinqinin kəsin artması erməni ictimai fikrində narahatlıqla izlənilir.
“Sputnik Ermənistan” bir qədər də Trampı aşağılamaqla, “güllələnmiş qulağın yeni ABŞ-ın simvolu” olacağı haqda “həyəcanlı” məqalə yayıb.
Bildirilib ki, son sorğuya görə Trampın reytinqi 66%, Baydenin 15%, Kamala Harrisin isə 10%-dir. Bu isə Trampın ABŞ prezidenti olmaq ehtimalını çox yüksəldir. Co Baydeni yalnız “fors-major” xilas edə bilər.
Məqalədə vurğulanıb ki, Tramp prezident olacağı halda Ermənistan üçün yaxşı heç nə gözlənilmir. Çünki Tramp hər şeydən öncə “Amerika amerikalılar üçündür” ideyasının təbliğinə diqqət yetirir ki, bu da respublikaçıların səylərini daha çox daxili problemlər üzərində cəmləşdirmək siyasətində əksini tapıb.
Trampın qlobal neft-qaz sektoruna ciddi önəm verəcəyi və buna görə də Cənubi Qafqazda Azərbaycanı xüsusi dəstəkləyəcəyi ehtimalını irəli sürən müəllifin fikrincə, ABŞ-ın yeni administrasiyası azərbaycanmeyilli olacaq və Türkiyə və Azərbaycanla işləyəcək. Trampın bunun üçün başqa səbəbi də var – İrana sərt münasibəti, israilyönlü olması… İsrail isə Azərbaycanın strateji tərəfdaşıdır.
Məqalədə iddia edilib ki, Trampın “Ermənistanın düşmənlərinin tərəfində olacağına zəmanət verilir”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, ABŞ-dəki Prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq Amerikanın siyasətində kardinal dəyişikliklərin olmasını gözləmək düzgün deyil: