Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ölkənin Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəisi Müctəba Dəmirçilu və Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb.
bu barədə səfir Əli Əlizadə özünün X səhifəsində paylaşım edib.
Görüş zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparıb.
Görüşü “Sherg.az”a dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, bu Əli Əlizadənin İranda səfir olaraq səlahiyyətlərinin icrasına başlayandan sonra Xarici İşlər Nazirliyində keçirdiyi ilk görüşdür:
“Görüşdə təbii ki, tərəfləri maraqlandıran və müzakirəsinə səbəb olan bir çox mövzular danışıla bilər. Hesab edirəm ki, sözügedən görüş adi protokol görüşüdür. İran tərəfi səlahiyyətlərinin icrasına başladığına görə Əli Əlizadəyə uğurlar arzulayıb, təbrik edib. Bu görüşdə qeyri-adi heç nə yoxdur və əsas məsələ İran tərəfinin yenidən Azərbaycana qarşı yanlışlıqlara yol verməməsidir. Çünki Əli Əlizadə həmin səhvlərə görə İranda fəaliyyətini dayandırmışdı”.