Krımı qaytarmaq üçün bütün vasitələrdən istifadə edəcəyik.
Bunu Ukrayna Ordusunun Ali baş komandanı Aleksandr Sırski deyib.
O bildirib ki, Rusiya cəbhə xəttinə Ukraynadan üç dəfə daha çox hərbi texnika cəlb edib və şəxsi heyət sayı ilin sonuna qədər 690 min nəfərə çatdırılacaq.
Bununa belə A.Sırski Ukrayna ordusunun itkilərinin sayını açıqlamayıb.
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, Kırımın qaytarılması hələlik üfüqdə görünmür:
“Ukrayna ordusu Rusiyanın Donbasda tutduğu ərazilərin bir qismini azad etdikdən, Xerson və Zaporojya cəhbəsində irəliləməyə müvəffəq olduqdan sonra Kırımın qaytarılması haqqında danışmaq olar. Aleksandr Sirskinin özü deyir ki, Rusiya cəbhəyə 3 dəfə daha çox texnika cəlb edib. Belə olan halda Kırımın necə azad edilməsi suallar doğurur? Əgər gələcəkdə Ukraynaya silahlar göndərilməyə davam edilsə, Kırımın azad edilməsi mümkün ola bilər. Rusiyanın gələcək vəziyyətinin necə olacağı və post-Putin dövrünün rəsmi Moskvaya nələr verəcəyi də sual altındadır. Qarabağ kimi Kırımın da azad edilməsi mümkündür. Ukrayna Azərbaycandan daha böyük dövlətdir. Əgər Azərbaycan rəsmi Moskvanın müttəfiqi olan ölkədən öz torpaqlarını aza edə bilibsə, deməli, Ukrayna da Rusiyadan Kırımı geri qaytara bilər”.