“Moskvanın Bakı və İrəvana ikitərəfli danışıqlarla bağlı meydança təklif etməsi onun ABŞ-dakı seçkiqabağı vəziyyətdən istifadə etmək cəhdidir”.
Bunu erməni politoloq Narek Sukiasyan deyib.
Onun sözlərinə görə, Rusiyanın bu həmləsi uzaq gələcəyə hesablanıb:
“Aydındır ki, yaxın bir neçə ayda Ermənistan-Azərbaycan danışıqları ABŞ administrasiyasının prioritetləri sırasına daxil olmayacaq. Rusiya yəqin ki, bu imkandan yenidən yararlanmağa çalışır”.
Politoloq hesab edir ki, İrəvanın təklifə susqunluğu Rusiya meydançasına üstünlük verməməsi ilə bağlıdır:
“Ermənistan bu təklifi qəbul etməyəcək, Azərbaycan isə bundan Rusiya ilə münasibətlərinin yaxşı olduğunu göstərmək üçün istifadə edəcək”.
Ekspertə görə, sülh müqaviləsi məsələsində Azərbaycana təsir edə biləcək yeganə güc ABŞ idi və indi onun başının gərgin seçkiqabağı kampaniyaya qarışması Bakı üçün mühüm imkanlar yaradır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Narek Sukiasyan proseslərə əsil ermənisayağı şərh verməyə çalışıb:
“Azərbaycan və Ermənistan arasında dialoq formatının qurulması üçün proses uzu müddətdir başladılıb. Müxtəlif platformalarda keçirilən görüşlər də bu səpkidə dəyərləndirilə bilər. Amma müvafiq olaraq rəsmi Bakının səyləri daha qabarıqdır. Çünki Avropa İttifaqı çərçivəsində keçirilən Brüssel formatı, Vaşinqton və Moskvada, Soçidə baş tutan görüşlər danışıqlar prosesinin başladılması üçün önəmlidir. Bu cür danışıqların aparılmasına Azərbaycan da həmişə önəm verib. Ancaq biz əhəmiyyəti həmin platformalarda real nəticələrin əldə olunması səviyyəsinə qədər verə bilirik. Lakin təəssüflər olsun ki, sözügedən görüşlər ciddi nəticələrlə yekunlaşmadı. Həmin zaman da Azərbaycan separatizmin ləğvinə öz imkanları hesabına nail olmağı bacardı. Daha sonra delimitasiya prosesi əsas problemlərdən idi. Həmin problemin həllində də hansısa platforma təsir gücünə malik olmadı. Cənab İlham Əliyevin haqlı olaraq təklif etdiyi kimi tərəflər birbaşa görüşdüyü zaman müəyyən nəticələrin əldə olunmasını müşahidə etdik. Azərbaycanın sözegedən görüşdən hansısa ölkə ilə münasibətləri gücləndirmək baxımından sui-istifadə etməsilə ilə bağlı fikirlərin erməni politoloq tərəfindən səsləndirilməsi gözlənilməz deyil. Azərbaycan Rusiya və digər qüvvələrlə münasibətlərini normallaşdırması üçün Ermənistan kimi cırtdan dövlətin addımlarına ehtiyacı yoxdur. Azərbaycan 1993-cü ildən bəri əsası qoyulan tarazlaşdırılan xarici siyasət nəticəsində düzgün strategiya və diplomatiyası sayəsində bütün güclərlə dinamik əməkdaşlığı formalaşdırmağı bacarıb”.
Xanım politoloq vurğulayıb ki, bu gün dünyada Azərbaycanın günü-gündən artan reputasiyası, etimad mühütünün formalaşması, ən mötəbər tədbirlərin rəsmi Bakıda keçirilməsi təklifinin irəli sürülməsi, İlham Əliyevin nüfuzuna edilən təriflər dövlət olaraq yürütdüyümüz düzgün siyasətin nəticəsidir:
“Belə nəticələrin əldə olunmasında Ermənistanın heç biri payı yoxdur. Əgər Ermənistan belə mövzularda pay sahibi olmaq imkanları varsa, öz dövləti üçün etsin. Nikol Paşinyan Emmanuel Makronun təklifi ilə hansısa görüşdən yayınırsa, müstəqil xarici siyasət yürüdə bilmirsə, bu həmin ölkənin oyuncaq olmasından xəbər verir. Bu kimi görüşlərin baş tutması Ermənistanın varlığı üçün labüddür. Çünki Ermənistan iki masada əyləşməklə və varlığını borclu olduğu Rusiyaya qarşı demarş siyasətiylə özünün xəritədən silinmə ehtimalını gücləndirir. Azərbaycan hər zaman regionda və qonşu ölkələrlə sülhün bərqərar olmasından yana siyasət aparıb. Amma Ermənistanla xüsusi sülhə ehtiyacımız yoxdur. Azərbaycan uğurlu diplomatiyası hesabına iqtisadi və siyasi dividendtlərini yetərincə əldə edib. Bütün regional fundamentan layihərdə təşəbbüskar rolunda çıxış edə bilirik. Ermənistan istəsə sözügedən proseslərdə pay sahibi və iştirakçı ola bilər, dalan vəziyyətindən çıxmağı bacarar. Ermənistan isə Fransa kimi riyakar gücə arxalanmağa çalışır. Amma həmin arxalanmağın heç bir nəticəsi olmadığını 44 günlük müharibədə və hərbi əməliyyatlarda Ermənistana göstərdik. Bu gün Xankəndidə bayrağımızın dalğalanması, separatizmin ləğv olunması kənar güclərin Ermənistanın harayına çata bilməyəcəyinin sübutudur. Ermənistanın yeganə çıxış yolu Bakı və Ankaranın əlini sıxmaq və sülh şərtlərini qəbul etməkdir. Əks halda Ermənistan özü öz sonunu gətirəcək”.
Qeyd edək ki, bundan öncə Rusiya XİN Bakı və İrəvana danışıqlar üçün meydança verməyə hazır olduğunu bildirib.