Curiç: Azərbaycanda seçkilər demokratik, azad şəkildə keçirilib

“Dünən keçirilən seçkilərlə bağlı Azərbaycan xalqını təbrik edirəm. Seçkilər demokratik, azad şəkildə keçirilib”.
Sherg.az xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, bu da Azərbaycanın beynəlxalq aləmdəki səylərinin göstəricisidir: “Biz Azərbaycanla işləməyə hazırıq. Bizim əməkdaşlığımız ölkə prezidentlərimizin baxışı sayəsində daha da güclənib”.