Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına 12 müraciət daxil olub.
Sherg.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bizim araşdırmamızda 12 müraciət var: “Hay-küyə ehtiyac yoxdur. MSK-ya müraciətlərin daxil olması bu gün başa çatır. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, buna baxmağa bizim ixtiyarımız yoxdur. Poçtla göndərilən və dairənin qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK baxa bilər”.
“MSK sabah 3 müraciətə baxacaq. MSK işinə məsuliyyətlə yanaşır. Hər müraciətin vergülünə qədər müzakirə aparır, təkrar-təkrar gözdən keçiririk. Sabah Müsavat Partiyasının namizədinin və Natiq Cəfərlinin şikayətinə baxılacaq. O, çox mədəni adamdır”, - M.Pənahov əlavə edib.