Demək olar ki, Azərbaycanla Ermənistan arasında dəhlizlə bağlı razılaşma var
Zəngəzurda Rusiya sərhədçilərinin yerinə ABŞ hərbi kəşfiyyat qrupu yerləşəcək.
Rusiya-Ermənistan arasında razılaşmaya əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunu İran-Ermənistan sərhədindən geri çıxarılacaq. Bununla da, Ermənistan Azərbaycan və İranla sərhədlərinə öz sərhəd qoşunları nəzarət edəcək.
Türkiyə ilə Ermənistan arasında sərhədləri Rusiya sərhədçilərinn mühafizə etdiyini xatırladan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan və Türkiyə arasında siyasi-diplomatik əlaqələri bərpa edəndən sonra rəsmi İrəvan Türkiyə ilə sərhəddən Rusiya hərbiçiləri çıxarılacaq. Təbii ki, Azərbaycanla tam sülh müqaviləsi bağlandıqdan sonra mümkündür:
“Zəngəzurdan Rusiya sərhədçilərinin çıxarılması dəhlizin açılmasına hesablanıb. Ermənistan baş naziri Zəngəzur dəhlizinə nəzarəti Rusiyanın nəzarətinə verməyinə qarşıdır. Ortaq Rusiya sərhədçilərinin olması N.Paşinyanı narahat edən əsas məqam idi. Artıq növbəti ildən Zəngəzurda Rusiya hərbiçiləri olmayacaq. Digər bir məsələ isə Rusiya sərhədçilərinin İranla sərhəddən çıxarılması ABŞ-nin təlimatı ilə reallaşıb. Burada ABŞ hərbi kəşfiyyat qrupları yerləşəcək. Demək olar ki, Azərbaycan və Ermənistanla Zəngəzur dəhlizi ilə bağlı razılaşma var. Tərəflər dəhlizin açılmasını ikitərəfli əsasda yerinə yetirəcək”.