Musa Qasımlı direktor vəzifəsindən azad edildi
Yusif Nəzərli
06:35 22.10.2024
Cəmiyyət
326
VII çağırış Milli Məclisin sədr müavini Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib.
Axar.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında məlumat verilib.
Qeyd olunub ki, İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşovaya həvalə olunub.
Həmçinin AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının oktyabrın 7-də keçirilən seçkiyə əsasən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqlənib.
İclasda eyni zamanda akademiyada yeni şöbələrin yarandığı da diqqətə çatdırılıb. Belə ki, AMEA-nın Lənkəran REM-in strukturunda mərkəzin daxili imkanları hesabına Herontoloji tədqiqatlar şöbəsi yaradılıb.
Bundan başqa, Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar və mövcud ştat cədvəli (vahidi) əsasında Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət