PARLAMENTDƏKİ ÇIXIŞIMI BAŞQA YERƏ YOZANLARA - Aqil Abbas yazır
10:38 30.10.2024
Aktual
523
Mənim parlamentdəki son çıxışım müzakirələrə səbəb olub. Məsələnin məğzindən xəbəri olmayanlar məni az qala Möhtərəm Prezident İlham Əliyevə asi çıxarmağa çalışırlar.
Amma xalqımız bilir ki, mən həmişə Möhtərəm Prezidentin daxili və xarici siyasətini, apardığı islahatları dəstəkləmişəm. Bunu həm köşə yazılarımda, həm də verdiyim müsahibələrdə görə bilərlər.
Əvvəla, Ali Baş Komandan Qarabağı təkcə qarabağlılar üçün yox, bütün Azərbaycan xalqı üçün azad edib. İmkanı olan kim istəyirsə azad olunmuş ərazilərdə sərmayə qoya bilər.
Hazırda Qarabağda böyük quruculuq işləri gedir. Hər il dövlət büdcəsindən bu quruculuq işlərinə külli miqdarda pul ayrılır. Bunun nəticəsində Laçın şəhəri yenidən tikilib, Xocalı yenidən tikilib, Kəlbəcər yenidən qurulur, Füzuli şəhərinə qayıdış başlayıb, Ağdamda tikinti işləri elə sürətlə gedir ki, hətta sonuncu dəfə bu şəhərdə olarkən yolu azdım.
Bərpa olunan şəhər və kəndlərə qayıdan əhali işlə təmin olunur. Bunu hər gün televiziyadan və mətbuatdan izləyirsiniz.
Qarabağ azad olunsa da hələ ki minalardan tam azad ola bilməyib. Ona görə də nə qədər dinc əhali minaların qurbanı olur. ANAMA tam gücü ilə fəaliyyət göstərir. Amma məsələ ondadır ki, Ermənistan torpaqlarımızda elə minalar basdırıblar ki, onu aşkar etməkdə çətinliklər var.
Qaldı mənim çıxışıma, əslində yeni qəbul olunan «Torpaq icarəsi haqqında” qanun layihəsində elə mənim dediklərim nəzərdə tutulub. Geri qayıdan əhalinin əkin-biçin, bağ salmaları üçün torpaqla təmin olunması.
Bu qanun qəbul olunandan sonra yerli əhalinin torpaqla təmin olunması və ya icarəyə götürməsi yüz faiz asanlaşır.
Çıxışımdan sonra Milli Məclisdən aldığım arayışda mənim dediklərim təkzib olunur.
Mənim çıxışımı başqa yerə yozmağı qəbul etmirəm. Telefonum açıqdır, kim istəyirsə məsələyə bir daha aydınlıq gətirə bilərəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya