Sahibə Qafarova Rusiyanın ölkəmizdəki səfiri ilə görüşüb
Yusif Nəzərli
05:38 01.11.2024
Siyasət
403
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sherg.az-a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunaraq, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində mühüm rolu qeyd edilib. Bu mənada, Rusiya Prezidenti Vladimir Putinin cari ilin avqust ayında Azərbaycana dövlət səfərinin, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında Rusiyaya iki səfərinin ölkələrimiz arasında münasibətlərin dinamikasına müsbət təsirləri vurğulanıb.
Söhbət zamanı ölkələrimizin digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da əlaqələrin inkişaf etdiyi bildirilərək, parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığı qeyd edilib. Tərəflər qarşıdakı dövrdə də bu istiqamətdə əlaqələrin uğurla davam edəcəyinə inamlarını ifadə ediblər.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a hazırlıqla bağlı görülən işlər barədə də söhbət açılıb. Rusiya Federasiyasının həm COP29, həm də COP29 çərçivəsində keçiriləcək parlament konfransında yüksək səviyyədə iştirak edəcəyi bildirilib. Bu mühüm beynəlxalq tədbirin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğu qeyd edilib. Azərbaycanın qlobal problemlərin həllinə töhfələri yüksək qiymətləndirilib.
Söhbət zamanı Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər və təşkilatın anti-Azərbaycan fəaliyyəti tənqid edilib. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, AP-nin bu addımları parlamentarizm ruhuna uyğun deyil və ölkəmiz Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnamələrini qəti şəkildə rədd edir . O, parlamentlər arasında əlaqələrdə obyektiv fikirlərin, dialoqun əhəmiyyətini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya