Hər bir erməni bu "dostluğun" altında gələcəkdə türklərə qarşı hansı pislikləri edəcəyinin planlarını qurur
Ermənistanda Təbriz sakini etnik türk olduğuna görə döyülüb. Məlumata görə, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini bir neçə dəfə belə halla qarşılaşıb. O, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb. Göründüyü kimi İran vətəndaşlığı olsa belə, sırf etnik kimliyinə, türklüyünə görə İrəvanda təzyiq və təhdidlərə məruz qalıb. Ötən gün türkiyəli yutuber də İrəvanda milli kimliyinə görə sorğu-sual edildiyini, risk yaşadığını açıqlamışdı.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Ermənistana gedib-gələn Təbriz sakininin Ermənistanda döyülməsi, əslində, təbrizli azərbaycanlılara dərs olmalıdır. Analitik qeyd edib ki, İran azərbaycanlıları Ermənistanın yolunu su yolu ediblər:
"Hazırda Azərbaycan Respublikasının Ermənistanla düşmən olduğu bir durumda Cənubi azərbaycanlıların Ermənistana hər hansı məqsədlə olursa-olsun, gedib-gəlmələri yanlışdır, milli kimliyini təhqir etməkdir. Azərbaycan xalqı ikiyə bölünsə də, ürəkləri bir döyünməlidir. Ermənilərdən başqa münasibət gözləmək də axmaqlıqdır. Erməni cəmiyyətində türklərə qarşı genetik düşmənçilik var və bu, heç vaxt keçməyəcək. Əgər erməni hardasa "dost" kimi görünürsə, bu, oyunun bir hissəsidir. Erməni bu "dostluğun" altında gələcəkdə türklərə qarşı hansı pislikləri edəcəyinin planlarını qurur. Tarix bunu dəfələrlə sübut edib. Erməni cəmiyyətini sülhə hazırlamaq ancaq qorxu gücünə mümkündür. Ermənilər azərbaycanlılardan qorxduqları üçün müvəqqəti sülh şəraitini imitasiya edə bilərlər, amma fürsət düşən kimi yenə erməniliklərini edəcəklər. Ona görə də Azərbaycan dövləti və Cənubi Azərbaycandakı soydaşlarımız bunu unutmamalıdır. Başımıza gələnlər unutqanlığımızdan olub".