Türkiyə Ukraynada ədalətli sülhə nail olmağı vacib hesab edir

Türkiyə Ukraynada dərhal atəşkəs və ədalətli sülhə nail olmağı vacib hesab edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının baş tutan iclasının nəticələrinə dair yayılan bəyanatında deyilir.

İclas zamanı beynəlxalq hadisələrin münaqişənin gedişatına mümkün təsirləri dəyərləndirilərək, onun daha dərinləşməsinin qarşısının alınmasının lazım olduğu da vurğulanıb.