Azərbaycan İranda konsulluq fəaliyyətini bərpa edib

Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edib.
Bu barədə  Sherg.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, 15 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edib.

Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri:

Ünvan: Tehran şəhəri, Pasdaran, Dərrus, Yarməhəmmədi küçəsi, Saqi dalanı 5

Telefon: (+98 21) 22 59 62 90/91

Faks: 22596310

Elektron poçt: [email protected]