İndoneziya və Səudiyyəyə səfər: Prezident təsdiqlədi

Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”i təsdiqləyib.

Qeyd edək ki, saziş bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.

***
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında xüsusi pasport sahibləri qısamüddətli vizadan azad edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Qeyd edək ki, memorandum bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.