Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırması böyük səhvdir.
“Report” xəbər verir ki, bunu KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja TASS-a müsahibəsində deyib.
O bildirib ki, həmişə həm Moskva, həm də KTMT İrəvana böyük kömək göstərib.
Qeyd edək ki, N. Bordyuja 2003-2016-cı illərdə təşkilata rəhbərlik edib.