Donald Tramp Ukraynada uzunmüddətli sülh sazişini təmin edərsə, dövrümüzün Çörçilli ola bilər.
Axar.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsahkna deyib.
Onun sözlərinə görə, bunun üçün Tramp Ukraynaya möhkəm təhlükəsizlik təminatı verməlidir:
Prezident Trampın sözün əsl mənasında dövrümüzün Çörçilli olmaq imkanı var və mən təkcə Rusiyanın təcavüzündən deyil, həm də beynəlxalq qaydaların nə olacağı ilə bağlı qlobal sualdan danışıram. Əgər Putin iddia etsə ki, o və başqaları sərhədləri güc yolu ilə dəyişdirə və heç bir real hesabat vermədən daim aqressiya nümayiş etdirə bilər, bu, Avropada hamıya, həm də ABŞ-ın mövqeyinə zərər verə bilər”, - XİN başçısı bildirib.