Kanadanın maliyyə naziri istefa verib

Kanadanın Baş nazirinin müavini və maliyyə naziri Kristia Friland istefa verib.

APA xəbər verir ki, bu barədə Friland “X” platformasındakı paylaşımında bildirib.

"Hökumətdə xidmət etmək, Kanada və kanadalılar üçün işləmək mənim üçün şərəf olub. Biz birlikdə çox şeyə nail olmuşuq"-deyə o paylaşımında qeyd edib.