Bundestaq Şoltsa etimad göstərməkdən imtina edib

Almaniya Bundestaqı növbədənkənar iclasda kansler Olaf Şoltsa etimad göstərməkdən imtina edib.

APA xəbər verir ki, bu bərədə “Reuters“ məlumat yayıb.

Qeyd edilib ki, bununla da Almaniyada növbədənkənar parlament seçkilərinə yol açılıb.

İclasda 733 deputatdan 207-si Nazirlər Kabinetinin hazırkı rəhbərini dəstəklədiyini bildirib, 116-sı bitərəf qalıb, 394 parlamentari Şoltsun etimad tələbinin əleyhinə səs verib. Bundestaqın sədri bildirib ki, nəticələr barədə ölkə prezidenti Frank-Valter Ştaynmayerə məlumat veriləcək.