Hakan Fidan Kaya Kallas ilə telefon danışığı aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, danışıq zamanı Suriya və Ukraynadakı vəziyyət müzakirə edilib.