Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanın baş naziri Viktor Orbana qarşı kobud davranmağa başlayıb, onun sülh təşəbbüslərini rədd edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, Kiyev rejimindən hər şey gözləmək olar. O düşünür ki, Ukrayna hakimiyyəti həddindən artıq mədəniyyətsizlik nümayiş etdirir.