ABŞ səfirliyi Azərbaycanda matəm günü ilə əlaqədar bayraqları yarıya endirib

ABŞ səfirliyində Azərbaycanda matəm günü ilə əlaqədar bayraqları yarıya endirilib.

APA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir”,-deyə Səfir Libby qeyd edib.